Maşın kanala aşdı, 5 nəfər xəstəxanalıq oldu - FOTO - YENİLƏNİB

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
Avtosfer.az xəbər verir ki, xəsarət alanların hamısı Biləsuvar rayon sakinləridirlər.
Onlar 1978-ci il təvəllüdlü Elnur Əlixan oğlu İsayev, 1982-ci il təvəllüdlü Günay Valeh qızı İsayeva, 2006-ci il təvəllüdlü Nurlanə Elnur qızı İsayeva, 2010-cu il təvəllüdlü Elmira Elnur qızı İsayeva və 1992-ci il təvəllüdlü İqbal İlham oğlu Cəfərovdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.(oxu.az)
***
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.
“Ford” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub.
Maşında olan 6 nəfərdən (4 qadın, 2 kişi) 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onlardan 3-ü ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

İrana Azərbaycanla münaqişə başlatmaq indiki vaxtda sərf eləmir - POLİTOLOQ
Naxçıvan aeroprotuna düşən dronun qalıqları - FOTOLAR
Naxçıvandan daha bir - VİDEO
“Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu - FOTO - VİDEO - YENİLƏNİB
Bakı Dairəvi yolunda yük maşınının yanmasından GÖRÜNTÜLƏR - VİDEO
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...










