Maşın ustası evinə getdiyi qadını döyərək dişlərini sındırdı

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İmran Qiyasovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az-ın Pravda.az-a istinadən məlumata görə, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.
İttihama görə, hadisə bu il Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, avtomobil ustası olan 1987-ci il təvəllüdlü İmran Qiyasov zərərçəkmiş Rəna Məhərrəmova (ad, soyadı şərti) ilə avtomobilini düzəltdirmək üçün onun yanına gətirən zaman tanış olub, beləcə münasibətləri yaranıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, sonra tez-tez zərərçəkmiş şəxsin yaşadığı ünvana gedib, onunla birgə vaxt keçirib. Hadisə günü qadının evində olan zaman Rənadan əvvəllər narkotik vasitə qəbul edib-etmədiyini soruşub. Zərərçəkmiş də ona heç vaxt narkotik maddə qəbul etmədiyini söyləyib. Lakin qadına inanmadığını bildirib. Bu zaman Rəna onu nalayiq ifadələrlə təhqir edib. Sonra bundan əsəbiləşən İmran onu döyüb və evi tərk edərək çıxıb gedib. Nəticədə təqsirləndirilən şəxs Rənanın 2 dişini sındırıb.
İmran Qiyasov əməlindən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini qeyd edib.
Zərərçəkmiş Rəna Məhərrəmova da məhkəmədə eyni məzmunlu ifadə verib və təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO
Parkla yolu səhv salan piyada qəza təhlükəsi yaratdı - VİDEO
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı












