Maşın vuran uzunqulağın balası saatlarla anasının yanında ağladı

Hatayın Reyhanlı rayonunda yolun qarşısına keçmək istəyən bir uzunqulağa avtomobil çırpılıb.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, qəza nəticəsində uzunqulaq tələf olub, onun yanında olan balası isə xəsarət almayıb. Hadisə Antakya–Reyhanlı yolu üzərində, Beşaslan məhəlləsi yaxınlığında baş verib.
Sürücü, vurduğu uzunqulağı yol kənarına sürüyüb və ərazidən uzaqlaşıb. Uzunqulağın balası isə anasının yanından saatlarla ayrılmayıb. Bu mənzərə ərazidən keçən vətəndaşları duyğulandırıb.
Tək qalan balaya Hatay Böyükşəhər Bələdiyyəsinə bağlı Sahibsiz Heyvanlara Qayğı və Reabilitasiya Mərkəzi sahib çıxıb.
Hadisəni görən sakin Faruk Erkal, sürücülərin kənd ərazilərində daha diqqətli olmalı olduğunu deyib:
"Uzunqulağın balası anasını tərk etmir, yanında dayanıb ağlayır. Bu sadəcə bir heyvan deyil, o da bir candır. Sürücülər kənd yollarında daha ehtiyatlı hərəkət etməlidirlər."
Hadisə ilə bağlı araşdırma aparılır./Sonxeber
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO












