Maşın yoluna uzanan piyada başını asfalta çırpdı - VİDEO

Hadisə 4 İyul 2023 17:44 Oxunub 15724
Maşın yoluna uzanan piyada  başını asfalta çırpdı   - VİDEO

Son zamanlar həyati təhlükə yaradan piyada davranışlarının sayı artıb. Xüsusilə avtomobillərin intensiv hərəkətdə olduğu yollarda belə hallara rast gəlmək mümkündür.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə maraqla qarşılanan belə hadisələrdən biri də paytaxtın Ziya Bünyadov prospektində cərəyan edib. Görüntüdən bəlli olduğu kimi, piyada maşın yoluna uzanaraq qəribə hərəkətlər nümayiş etdirib. Belə ki, üzü üstə asfalta uzanan şəxs arada bir  başını qaldıraraq yerə çırpıb. Canını təhlükəyə atan piyadanın hansı məqsədlə bu davranışa əl atdığı isə məlum olmayıb.
Qeyd edək ki, sosial media istifadəçiləri sadəcə çəkməklə keçən sürücülərə iradlarını bildiriblər.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh