Maşından götürdüyü dəyənəklə sürücünün özünü döydülər - VİDEO

Türkiyənin Mardin vilayətinin Artuklu rayonunda yol vermə mübahisəsi fiziki qarşıdurmaya çevrilib.
Avtosfer.az xəbər verir ki, qeydə alınan hadisə zamanı avtomobil sürücüsü ilə yanacaq avtomobili sürücüsü arasında insident yaşanıb.
İlkin məlumata görə, yol vermə məsələsi ilə bağlı başlayan mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib. Yük avtomobilinin sürücüsü əlində olan çubuqla qarşı tərəfə hücum etməyə çalışsa da, bu çubuq vəziyyəti onun əleyhinə əksinə dəyişib.

Belə ki, həmin dəyənək minik avtomobilinin sürücüsünün əlinə keçib və yanacaq avtomobilinin sürücüsünü döyüb.
Ətrafdakı vətəndaşların müdaxiləsindən sonra qarşıdurma dayandırılıb. Hadisə yerinə polis və tibb briqadaları çağırılıb. Polis əməkdaşlarının müdaxiləsi ilə vəziyyət nəzarət altına alınıb.
Hadisə zamanı xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib. Dava anları isə ətrafdakı şəxslər tərəfindən mobil telefonla qeydə alınıb və sosial şəbəkədə geniş yayılıb.
Eltac Zülfüqaroğlu
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












