Banner

Maşını məhəllədə saxladığı üçün üstünə kağız yapışdırıldı – “Burada saxlama” - VİDEO

Hadisə 19 Noyabr 2025 13:30 Oxunub 1008
Maşını məhəllədə saxladığı üçün üstünə kağız yapışdırıldı – “Burada saxlama” - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda məhəllələrin birində avtomobilini park edən xanım sürücünün başına maraqlı və xoşagəlməz hadisə gəlib.

Avtosfer.az xəbər verir ki, sürücü avtomobilini məhəllədaxili ərazidə park edərək gedib. Geri qayıtdığı zaman isə maşının ön şüşəsinə “burada saxlama” yazısı yapışdırıldığını görüb.

Xanım sürücü bildirib ki, kağız o qədər möhkəm yapışdırılıb ki, şüşədən qoparmaq mümkün olmayıb. Onun sözlərinə görə, həmin ərazidə hər gün çox sayda avtomobil park edildiyi halda, məhz onun maşınının hədəf seçilməsi narazılıq yaradıb.

Sürücü məsələ ilə bağlı sosial şəbəkələrdə video paylaşaraq etiraz edib:

“Burada hər gün maşınlar dayanır. Niyə məhz mənim avtomobilimin şüşəsinə vurublar? Kağız da elə yapışıb ki, çıxarmaq olmur.”

Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir qisim istifadəçi xanım sürücünün narazılığını haqlı saysa da, digərləri məhəllədaxili dayanma-durma qaydalarının pozulmasının ümumi narazılıq yaratdığını bildiriblər.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh