Maşını məscidə çırpan sürücüyə hökm oxundu - 2 nəfər ölmüşdü

Ötən il dekabrın 29-na keçən gecə saat 02 radələrində “Kia” markalı avtomobilin idarəetməsini itirərək “Heydər” məscidinin divarına çırpan sürücüyə hökm oxunub.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1999-cu il təvəllüdü Müslim Saidov Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya daha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi) maddəsi ilə təqsirli bilinib.
Məlum olub ki, Müslim avtomobili təyin edilmiş həddən sürətli idarə edib. Nəticədə maşın sürüşkən yolda idarəetmədən çıxaraq məscidin divarına çırpılıb. Avtomobildə olan sərnişinlərdən Ədalət Hətəmov hadisə yerində ölüb. Digər sərnişin Nihat Mehdizadə isə 1 ay sonra xəstəxanada vəfat edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr tarixli hökmü ilə Müslim Saidova 5 il 6 ay həbs cəzası verilib. İbtidai və məhkəmə istintaqı dövründə polisin nəzarəti altında olan sürücü məhkəmə zalındaca həbs edilib. Onun sürücülük hüququ əlavə olaraq 2 il müddətə məhdudlaşdırılıb.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












