Maşını park edəndə diqqətli olun; Plastik tumbanın içində metal boru ola bilər – VİDEO

Paytaxt ərazisində bir sıra məhəllələrdə sakinlər öz avtomobilləri üçün yer tutmağa görə müxtəlif vasitələrlə yolları zəbt edirlər. Kimi böyük ölçülü su çənləri, kimi metal lövhələr, zəncir və s. istifadə edir.
Avtosfer.az xəbər verir ki, bu hal Bakının Yasamal rayonu İnşaatçılar prospektində də yaşanıb. Lakin əsasən yer zəbti yox başqa avtomobillərə ziyan vurmaq üçün. Nəqliyyat eksperti Elməddin Muradlı prospektin məhəllələrindən birində avtomobilini park edərkən bir mənzərə ilə qarşılaşıb. Belə ki, qaraj sahiblərindən biri öz avtomobilinin rahat giriş və çıxışını təmin etmək üçün plastik tumbadan istifadə edib:

“Bir çox məhəllələrdə belə zəncirləmə, tumbalama ilə qarşılaşa bilərsiz. Əslində qanunvericilikdə bu qadağan edilir. Hərə öz qarajının, obyektinin önünü zəncirləyir, tumba quraşdırır. Ən pisi də odur ki, bəzi məsuliyyətsiz insanlar bunu daha pis formada edir. Baxın, bu, kənardan plastic tumbaya bənzəyir. Amma gəib yoxlayanda görürsüz ki, plastik deyil, içinə baxanda görürsüz ki, metal boru var. Plastik tumbanı da keçirib bu dəmir borunun üstünə, insanları aldadır. Kimsə burada dönmə radiusunu düz götürə bilməsə, elə biləcək ki, bu plastik tumbadır, sadəcə sürtüb keçəcək. Görün nə qədər maşın sürtüb keçib bu tumbaya. Hamısı da yəqin ki, maşınını burda əzib. Sürücülər görür ki, parklanma yerlərində də bu tumbalardan quraşdırırlar, inanırlar ki, bu da həmi plastik tumbalardandır. Belə məsuliyyətsiz, ayramaz insanlar, görün nə qədər adama, maşına ziyan vurub”.
Elməddin Muradlı sürücülərə belə ərazilərdə, məhəllələrdə plastik tumbaların yaxınlığında avtomobil park edərkən ehtiyatlı olmağı tövsiyə edib.
Səfər
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO










