Maşını təmizləmək üçün avtoyumaya verdi, qayıdanda oğurlandığını gördü - ŞOK HADİSƏ - FOTO

Bakıda avtoyuma məntəqəsində işləyən şəxsin oğurluğu görənləri şoka salıb. Avtosfer.az xəbər verir ki, hadisə ilə bağlı Gülnarə Məmmədova adlı şəxs sosial şəbəkə hesabında məlumat yayıb. O iddia edir ki, avtoyuma məntəqəsinin işçisi onun tanıdığı bir qadının avtomobilini oğurlayıb: "Yatsam yuxuma da girməzdi ki, bu olay Bakıda ola bilər. Baş verənlər haqqında daha ətraflı danışmaq istərdim. Deməli şəxsən tanıdığım bir xanımın (Zərifə Dadaşovanın) maşınını oğurlayıblar. Soruşsanız kim? Sualın cavabı çox sadə - illərlə tanıdığı avtoyuma işçisi. Tanış olun, şəkildə gördüyünüz bu şəxs maşını yumaq adı ilə qaçırıb. Görüb ki, bunu polis axtarır, maşının disk və təkərlərini vulkanizasiyada sökdürüb "15 dəqiqəyə evdəki təkərlərimi gətirib gəlirəm" deyərək təkərləri başqa bir maşına qoyub qaçıb. Oğurladığı avtomobil isə vulkanizasiyada qalıb. Hər kəsdən xahiş edirəm ki, bu məsələyə laqeyd qalmasın. Paylaşaq! Ölkə öz "qəhrəmanlarını" tanımalıdır!" - deyə G. Məmmədova bildirib.
Fərid
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB












