Maşının pəncərəsini istiyə görə açıq qoydu, oğurladılar - FOTO + VİDEO

Maşının salonunu sərin saxlamaq istədi qapılarını açıq saxladı nəticədə nəqliyyat vasitəsi qaçırıldı.
Avtosfer.az xəbər verir ki, Xətai rayonu Sarayevo küçəsindən Bakı şəhər sakini olan bir nəfərin “Mercedes” markalı avtomobili qaçırılıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Şakir İbrahimov avtomobillə birgə saxlanılıb.
Qeyd edək ki, avomobilin sahibi maşının salonunu sərin olması üçün kondisioneri işlək vəziyyətdə saxlayıb. Sahibinin nəqliyyat vasitəsini tərk edən zaman qapıların açıq qaldığını müşahidə edən Ş.İbrahimov avtomobili qaçıraraq həmin ünvandan uzaqlaşıb.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı rayon ərazisində evlərdən birinə açıq qalmış pəncərədən daxil olaraq mənzil sahibinə qarşı soyğunçuluq edən 1998-ci il təvəllüdlü İsa Nəsirov saxlanılıb. O, hadisə zamanı zərərçəkənin pulunu və bank kartını ələ keçirib.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir. Ş.İbrahimov və İ.Nəsirovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO














