Maşının salonunu yeməkxanaya çevirən sərnişin tullantılarını yola atdı - VİDEO
Hadisə
1 Aprel 2025 13:30

Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində zibili avtomobildən yola atan sərnişin görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə martın 20-də saat 22:11 radələrində qeydə alınıb. Kadrdan da görünür ki, işıqforun qırmızı işığında dayanan 90-ZY-597 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobildəki sərnişin əlindəki tullantıyla dolu salfeti asfalta atır və zibil yola səpələnir.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsinə əsasən yollara və yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə edilir.
Nərmin
Oxunub 656
DİGƏR XƏBƏRLƏR
11 Yanvar 2026 10:12
Masallıda 9 kq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO
11 Yanvar 2026 00:00
Gəncədə sürücülər arasında dava düşdü – Biri digərinin burnunu sındırdı
10 Yanvar 2026 22:25
Bakıda taksi sürücüləri müştəri üstündə dava etdilər — TƏFƏRRÜAT
10 Yanvar 2026 19:38
Şamaxıda zəlzələ olub
10 Yanvar 2026 13:11
Suya düşən maşındakı insanları xilas edən polis əməkdaşı imiş – VİDEO - YENİLƏNİB
9 Yanvar 2026 20:24
Bakıda sürət yarışı keçirən “Mustang” və “BMW” sürücüləri tutuldu - Məhkəmə cəzalandırdı
9 Yanvar 2026 18:00
Səkidən qəfil yola çıxan qadınlar sürücünü çətin vəziyyətdə qoydu - VİDEO
9 Yanvar 2026 13:03
Qəza törədib hadisə yerindən yayınan “Subaru” sürücüsü saxlanılıdı
9 Yanvar 2026 10:36
Binəqədidə “Opel” yolun ortasında alışıb yandı - VİDEO
9 Yanvar 2026 00:00
Həbsdə olan sabiq "Formula-1" pilotunun 9 avtomobili oğurlandı
8 Yanvar 2026 19:57
Avtomobilində ölü tapılan direktor kimdir? - DOSYE
8 Yanvar 2026 17:30
Suraxanıda maşından telefon, marketdən lotoreya oğurlayanlar SAXLANILDI
ŞƏRH YAZ











