Maşının üzərinə şığıyan piyada sürücüyə çətin anlar yaşatdı, yolu keçən it isə.. - VİDEO

Paytaxtın Babək prospektində qayda pozan piyada sürücüyə çətin anlar yaşadıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 15-də saat 08:49 radələrində qeydə alınıb. Belə ki, orta yaşlı kişi yolu müəyyən olunmamış yerdən qaçaraq keçib. Kadrdan da göründüyü kimi, piyada hərəkətdə olan maşınları görsə də yolu keçərək həm özünü, həm sürücüləri təhlükəyə atıb. Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü piyadanı vaxtında görərək sağa manevr edib və siqnal verərək ona xəbərdarlıq edib.
Hadisənin baş verdiyi ərazidən bir neçə metr irəlidə isə it piyada keçidinin yaxınlığından maşınlara baxaraq yolu keçib.
Təbii ki, hər bir piyada öz təhlükəsizliyini qorumaq üçün piyada keçidi nişanı və zolağının təşkil olunduğu yerlərdən yolu keçməlidir. Lakin sözügedən ərazidə piyada keçidləri arasında məsafə kifayət qədər çoxdur. Qanunvericiliyə görə, avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində piyada keçidləri arasında məsafə 150-300 metr olmalıdır.
Nərmin
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO








