Maşınını hərbi komissarlığın girişində YANDIRDI - VİDEO
Hadisə 26 Sentyabr 2022 15:29 Oxunub 498
Maşınını hərbi komissarlığın girişində YANDIRDI - VİDEO

Volqoqrad vilayətinin Uryupinsk şəhərində 35 yaşlı şəxs Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata etirazını bu yolla nümayiş etdirib.

Avtosfer.az-ın məlumatına görə, o, maşınının hərbi komissarlığa yaxınlaşadararaq yandırıb. 

Videoda hücum edən şəxs birbaşa binanın girişində park edir, sonra maşından düşür və ona molotof kokteyli atmağa başlayır. Yanğın dərhal həm maşının özünü, həm də hərbi komissarlığın fasadının bir hissəsini əhatə edir.

Polis tez bir zamanda yanğın törədən şəxsi yaxalayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, kişinin yanında ən azı on şüşə yanacaq olub. Onun hərəkətləri nəticəsində xəsarət alan olmayıb, yanğın söndürülüb.

lent.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh