Maşınların arasından yolu keçən qadın sürücünü çətin vəziyyətdə qoydu - VİDEO
Hadisə
11 Dekabr 2024 17:00
Oxunub 118
Paytaxtın Xətai rayonu “8 Noyabr” prospektində qayda pozan piyada təhülkə yaradıb.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, yolu təyin olunmamış yerdən keçən qadın hərəkətdə olan motosiklet sürücüsünə çətin anlar yaşadıb. Görüntüdən də aydın olur ki, qadın ətrafa baxmadan maşınların arası ilə yola qaçır. Xoşbəxtlikdən sürücü onu vaxtında görərək baş verəcək qəzanın qarşısını alır.
Təəssüflə qeyd edək ki, bəzi piyadalar yolda yaranmış sıxlıqdan da sui-istifadə edərək qayda pozurlar. Hətta onların bir qismi avtobus zolağının çox vaxt boş olduğunu düşünərək oranı səki və dayanacaq kimi də istifadə edir.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR