Maskalı şəxslər şəhərin mərkəzində milyonerin qızını qaçırmağa çalışdı - VİDEO

Parisdə sakinləri qorxudan və küçədə təşvişə səbəb olan hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, Fransanın paytaxtı Paris şəhərində kriptovalyuta şirkətinin rəhbərinin qızını qaçırmağa çalışıblar.
Belə ki, Parisin mərkəzi küçəsində qızı ilə marketə girən kripovalyuta şirkətinin rəhbərinə qəfil hücum olunub. Maskalı 4 nəfər şirkət rəhbərinin qızını onun əlindən dartaraq oğulamağa çalışıb. Hadisə zamanı kişinin başına metal çubuqla dəfələrlə zərbə vursalar da, milyoner qızını buraxmayıb. Başı qanlar içində qalan şirkət rəhbərinin köməyinə alış-verişə girdiyi marketin işçisi çatıb. Əlində yanğınsöndürən balonla özünü küçəyə atan satıcının hərəkəti cinayətkarların maşına oturub aradan çıxmasına gətirib çıxarıb. Köməyə gələn vətəndaşlar milyonerə və qızına ilkin tibbi yardım göstərib və xəstəxanaya yerləşdirilməsinə səbəb olub.
Küçənin ortasında baş verən hadisəni Paris sakini evinin pəncərəsindən qeydə alıb. Market işçisinin cəsarətini alqışlayan sakinlər onu “qəhrəman” deyə çağırıb.
Hadisə ilə əlaqədar Paris polisi tərəfindən araşdırmalar aparılır. İlkin versiya milyonerin qızını qaçırıb daha sonra ondan pul tələb etməkdir.
Səfər
Dəmir yolunda qayda pozan şəxsi qatar vurub öldürdü
QHT əməkdaşı Ağdərədə minaya düşüb, ayağı amputasiya olunub
Masallıda 9 kq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO
Gəncədə sürücülər arasında dava düşdü – Biri digərinin burnunu sındırdı
Bakıda taksi sürücüləri müştəri üstündə dava etdilər — TƏFƏRRÜAT
Şamaxıda zəlzələ olub
Suya düşən maşındakı insanları xilas edən polis əməkdaşı imiş – VİDEO - YENİLƏNİB
Bakıda sürət yarışı keçirən “Mustang” və “BMW” sürücüləri tutuldu - Məhkəmə cəzalandırdı
Səkidən qəfil yola çıxan qadınlar sürücünü çətin vəziyyətdə qoydu - VİDEO
Qəza törədib hadisə yerindən yayınan “Subaru” sürücüsü saxlanılıdı
Binəqədidə “Opel” yolun ortasında alışıb yandı - VİDEO











