Maştağada elektrik avadanlıqları oğurlayanlar saxlanılıblar – FOTO + VİDEO

Hadisə 23 Mart 2024 18:00 Oxunub 348
Maştağada elektrik avadanlıqları oğurlayanlar saxlanılıblar – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Martın 22-də Maştağa qəsəbəsində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinə (PŞ) məlumat daxil olub. Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Orxan Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunmuşlar Rafiq Cəfərov və Elmar Xıdırov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı  Sabunçu RPİ-nin 14-cü PŞ-də araşdırmalar aparılır.

O.Rüstəmov, R.Cəfərov və E.Xıdırovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh