Maştağada istixanadan 50 min manatlıq oğurluq edildi - FOTO - VİDEO

Paytaxtın Sabunçu rayonunda talama cinayəti qeydə alınıb.
Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, zərərçəkən polisə müraciət edərək Maştağa qəsəbəsində yerləşən ona məxsus istixanadan 50000 manat dəyərində qazanxana avadanlıqlarının naməlum şəraitdə oğurlandığını bildirib.
Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 55 yaşlı Mahir Həsənov və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərin bir müddət əvvəl fəaliyyətini dayandıran istixananı kənardan müşahidə etdikləri və gediş-gəliş olmadığını görüb talama cinayətini törətdikləri müəyyən edilib. Onlar hadisədən sonra əraziyə evakuator çağıraraq oğurladıqları avadanlıqların onlara məxsus olduğunu bildirib satmaq məqsədilə daşınmasını təşkil ediblər. T.Hacıyevin bir müddət əvvəl qohumunun evindən 4500 manat nağd pul oğurladığı məlum olub. Bundan əlavə Sabunçu rayonu ərazisində obyektlərdən naqil və əlvan metalların oğurlanması barədə də polisə məlumat daxil olub. Sabunçun RPİ 14-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Hüseyn Quliyev də saxlanılıb.
Araşdırma zamanı onun daha iki evdən məişət əşyaları və inşaat materialları oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO












