Mehdiyevin qohumuna məxsus şirkətin külli miqdarda borcu var

İnformasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan "Kaspian Telekom” MMC-nin büdcəyə böyük miqdarda vergi borcu var.
Avtosfer.az Yeniavaz.com-a istinadən xəbər verir ki, 8 oktyabr 2024-cü il tarixinə olan məlumata görə "Kaspian Telekom” MMC-nin vergi borcu 74 min 69 manat 42 qəpik təşkil edib.
Bildirilib ki, "Kaspian Telekom” MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, bank sektoruna, fiber-optik texnologiya bazasında ən müxtəlif İKT xidmətləri göstərir. "Kaspian Telekom” MMC eyni zamanda "Ailə TV” kabel televiziyası və "Ailə NET” internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir.
Şirkət tərəfindən açıqlanan məlumatda göstərilir ki, "Kaspian Telekom” MMC Azərbaycan ərazisində fəaliyyət göstərən ən genişmiqyaslı fiber-optik infrastruktura malik olan və SWIFT xidmətini göstərən ən böyük şirkətdir.
Qeyd edək ki, 28 iyul 2005-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 1020 manat təşkil edir. MMC-nin hüquqi ünvanı "İstiqlaliyyət küçəsi, ev 11, mənzil 17-də yerləşir. "İstiqlaliyyət küçəsi, ev 11” ünvanı eyni zamanda Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın və nəvəsi Fidan Əliyevanın qeydiyyatda olduğu ünvandır.
"Kaspian Telekom” MMC-nin qanuni təmsilçisi isə Əliyev Orxan Fikrət oğludur. Orxan Əliyevin Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir.
Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Əliyev Fikrət Əlisəftər oğlunun vaxtı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən qısa müddət sonra Fikrət Əliyev AMEA İşlər idarəsinin müdir müavini təyin olunub.
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO
Parkla yolu səhv salan piyada qəza təhlükəsi yaratdı - VİDEO
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO












