Məhkəmə 18 il əvvəl qətl törədən şəxsə 16 il verdi

Ali Məhkəmədə Bakıda 18 il əvvəl qətl törətməkdə təqsirləndirilən Fərid Məmmədli və Anar Ağalarovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Avtosfer.az Pravda.az-a istinadən məlumatına görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Məmmədli 15 il və A.Ağalarov isə 16 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, 18 il əvvəl paytaxtın Yasamal rayon sakinləri - 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi, 1989-cu il təvəllüdlü Aygün Əzizova birgə yaşadıqları mənzildə öldürülüblər. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə A.Ağalarovun mərhum xalası oğlu Teymur Məmmədov və sonuncunun qardaşı F.Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında R.Cəlilovanın xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə ona məxsus mənzilə qanunsuz olaraq girib bıçaqla çoxsaylı xəsarətlər yetirərək R.Cəlilova və A.Əzizovanı qəsdən öldürmələrinə, daha sonra isə mənzildə olan 600 ABŞ dolları məbləğində pulu götürüb ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanan sübutlar əsasında F.Məmmədli və A.Ağalarova Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və digər maddələri ilə ittiham elan edilib.
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB
Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır - VİDEO
Sərnişin avtobusunun yararsız təkərlə xəttə çıxması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB
Yolun ortasında gəzən yaşlı kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
“Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO - YENİLƏNİB
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO
Marketin qarşısında dayanan şəxsi avtomobil vurdu
Balkondan düşmək üzrə olan uşağı belə xilas etdi - VİDEO
Sumqayıtda doğum evində yanğın: Təxliyə başladı - FOTO
Süni intellektlə saxta MİDA müqavilələri hazırlayıb pul yığdılar – 2 qadın həbs edildi - VİDEO










