Məhkəmə ərini öldürən qadınla bağlı qərar çıxardı

Gəncə Apellyasiya Məhkəməsində Bərdədə ərini öldürməkdə təqsirləndirilən Aysu Çərkəzlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2022-ci il iyulun 29-da Bərdə rayonu Şorəlli kənd sakini, 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı, 1994-cü il təvəllüdlü A.Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə N.Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.Çərkəzli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Məlumata görə, çoxsaylı bıçaq zərbələri ilə öldürülən 28 yaşlı şəxs "Azərişıq" ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə Rayon Elektrik Şəbəkəsində çalışırmış. Ağdam rayonunun Sırxavənd kəndindən məcburi köçkün olan Nurlan və ailəsi iki il əvvəl Bərdənin Şorəlli kəndinə köçərək yaşamağa başlayıb. Onun həyat yoldaşı A.Çərkəzli ilə izdivacdan üç övladı dünyaya gəlib. Qonşular ailənin çox sakit həyat sürdüyünü, indiyədək hər hansı münaqişələrini görmədiklərini deyiblər. İlkin məlumata görə, ilk olaraq N.Çərkəzli arvadını bıçaqlamaq üçün ona hücum çəkib. A.Çərkəzli də özünü müdafiə etmək üçün ərini bıçaqlayıb. Hadisə onların övladlarının gözləri qarşısında baş verib. Qadının xəsarətləri yüngül olduğundan onun həyatını xilas etmək mümkün olub. N.Çərkəzli isə boynundan xəsarət aldığı üçün xəstəxanaya çatdırılmamış qanitirmədən keçinib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aysu Çərkəzli barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi tibbi müalicə tədbiri tətbiq olunub. Onun müalicəsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında həyata keçiriləcək.
Süni intellekt dövlət qurumunun saytını sındırdı, 3 ay sonra xəbər tutdular
Ərəb şeyxi lüks otelin pulunu ödəməyib qaçdı – 1 MİLYONLUQ İDDİA - FOTO
Deputat qarpız satıcısı ilə insidenti danışdı: “Bıçağı çənəmin altında saxladı”
Laçında traktor minaya düşüb
Yardımlıda polisdən ƏMƏLİYYAT - VİDEO
Metroda kişi qatar yoluna düşdü, hərəkət dayandı
Sumqayıtda sürücüləri silkələyən yol: Maşınlar hoppana-hoppana keçir - VİDEO
Abşeronda avtomobil su kanalına düşdü - VİDEO - YENİLƏNİB
Maşınları görə-görə yolayrıcına girən skuter sürücüsü təhlükə saçdı - VİDEO
Mərkəzi Klinik Xəstəxanada xəstə yaxınından rüşvət tələb edilib - ŞİKAYƏT
Onlayn mağazadan kosmetik məhsul sifariş etdi; saxta çıxdı – ŞİKAYƏT - FOTO












