Məhkəmə Rüfət Səfərovla bağlı QƏRAR VERDİ

Hüquq müdafiəçisi Rüfət Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, R.Səfərov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və CM 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri üzrə təqsirli bilinib.
***
Hüquq müdafiəçisi Rüfət Səfərov xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunur.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsi tərəfindən rayon məhkəməsinə vəsatət daxil olub.
Rüfət Səfərova daha bir maddə ilə - CM 127.2.3(qəsdən sağlamlığa az ağır zərər vurma) üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də Natiq İmamquliyev adlı şəxsin şikayəti əsasında Binəqədi RPİ-nin 5-ci Polis Şöbəsi tərəfindən şübhəli şəxs qismində saxlanılıb, izahatı alındıqdan sonra material istintaq şöbəsinə göndərilib.
Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qara tab gətirməyən ağac aşdı - Avtomobil yolu bağlandı - VİDEO
Qazaxda evin talvarı uçdu - İki avtomobilə ziyan dəydi - FOTOLAR
Bakıda "Audi" yolda yaranan çuxura düşdü - İki təkəri partladı - VİDEO
Sərnişin avtobus sürücüsünü döyüb
Bakının mərkəzində yanğın oldu; polis belə müdaxilə etdi - VİDEO
Qatar gələn zaman yolu keçən şəxs həyatını təhlükəyə atdı - ANBAAN VİDEO
Metroda ölən 41 yaşlı Cavidin FOTOsu
Sabirabadda uçan körpü sakinlərin nəqliyyat əlaqəsini kəsdi - VİDEO
Samuxda marketdən 2 min manatlıq oğurluq edildi - ANBAAN VİDEO
Bakıda 5 avtomobildən maqnitofon oğurlandı - 2144 manat maddi ziyan var
Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun detalları - FOTO











