Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlandı - FOTO

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilmiş bağlamaya baxış keçirilərkən orada olan tərliyin daban hissəsində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,543 qram qurudulmuş marixuana, 0,716 qram heroin və 0,567 qram metamfetamin aşkar edilib.
Bu barədə Avtosfer.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Həmçinin Bakı istintaq təcridxanasında həbs edilmiş şəxs üçün həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən geyimin üzərində xüsusi üsulla tikilərək gizlədilmiş ümumilikdə 4 ədəd bükülüdə 0,888 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur.
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi
Nizamidə işıq dirəyinin lampası az qala maşının üstünə düşəcəkdi - VİDEO
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO
Təcili yardıma yol verən sürücünün avtomobilini vurdu, sonra ərazidən qaçdı - VİDEO
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO












