Məktəb direktoru şagirdi döyüb? - AÇIQLAMA - VİDEO

İmişli rayonunun Hacıalmuradlı kənd orta məktəbinin şagirdinin fiziki zorakılığa məruz qaldığı iddia olunur.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilir ki, şagirdi döyən şəxs təhsil müəssisəsinin direktorudur.
Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət etdik. İdarədən cavab olaraq qeyd edildi ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır: “Sosial mediada yayılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı bildiririk ki, hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır. Şagirdə qarşı uyğunsuz davranışa yola verən şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb.
Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək”.
“Vüsal Şilderin qardaşını da öldürmək istəyirdilər“ - Qətli hansı məmur sifariş edib?
Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOsu
Motosiklet sürücüsü sərnişinin saçını dartdı; ölümdən son anda xilas oldular – ANBAAN VİDEO
Neft Daşlarının yaxınlığında balıqçı batdı: Helikopter cəlb olundu - VİDEO
İsmayıllıda taksi sürücüsünə qarşı quldurluq - Şübhəlilər Bakıda tutuldular
Avtobusun önündən yola atılan gənc qız faciədən son anda qurtuldu - VİDEO
Minaya düşərək həlak olan ANAMA əməkdaşının FOTOsu - YENİLƏNİB
İnsan alverində təqsirləndirilən qadınlar həbs olundu - VİDEO
Avtomobil dayanacağında dava - Borc verən döyüldü
Həyat yoldaşını və oğlunu vurub öldürən sürücünü bağışladı – Hakim 5 il verdi
Gömrükdən 280 milyonluq nəqliyyat vasitəsi keçirmək istənildi; qurum hərəkətə keçdi - RƏSMİ








