Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb

Füzuli rayon Arayatlı tam orta məkətbin direktoru Ələddin Hüseynovun evindən oğurluq olub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, direktorun evindən 14 000 manat dəyərində qızıl-ziynət əşyaları və 200 manat nağd pul oğurlanıb. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Cinayətin üstü qısa müddətdə açılıb. Məlum olub ki, hadisəni törədən Arayatlı kənd sakini Kamran Məmmədovdur. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Füzuli Rayon Məhkəməsində Elmir Hüseynovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Kamran Məmmədov verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini maddi sıxıntılarla izah edib. Məhkəmənin hökmü ilə Kamran Məmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












