Məktəb direktorunun müavininin meyiti basdırdığı ərazidən görüntülər - VİDEO

Ötən gün Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə mühafizəçi kimi çalışan Natiq Mehdinin qətlə yetirilməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.
Əməkdaşlarımız hadisədə şübhəli bilinən Elsəvər İslamovun yaşadığı Mərdəkan qəsəbəsində olublar. Qonşular bildiriblər ki, hadisədən sonra ailəsi evdən gedib.
Onlar E.İslamovun belə bir cinayət törətməsinə təəccübləniblər.
Bildiriblər ki, E.İslamov qapalı insan olub. Onun qonşularla sıx əlaqəsi olmayıb. O, Mərdəkandakı evinə ara-sıra gəlib-gedib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda 55 saylı orta məktəbin gözətçisi 60 yaşlı Natiq Mehdi öldürülüb. Onu öldürməkdə şübhəli bilinən həmin məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini 58 yaşlı Elsəvər İslamov isə saxlanılıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Elsəvər İslamov iş yoldaşı Natiq Mehdini öldürdükdən sonra izi itirmək məqsədilə meyiti yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsinə gətirib və bu ərazidə basdırıb. O, istintaqa ifadəsində basdırdığı yeri göstərib və meyit buradan çıxarılaraq ekspertizaya aparılıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin “xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə iş başlanılıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Ətraflı süjetdə:
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO










