
Məktəb ərazisində şagirdi döydülər - Polis araşdırır - VİDEO
Hadisə
13 Fevral 2025 16:18
Oxunub 220

Bakıda orta məktəblərdən birinin ərazisində şagird bullinqə məruz qalıb.
Avtosfer.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbin ərazisində baş verib.
Bir qrup məktəbli əlbir olaraq digər şagirdə qarşı zorakılıq nümayiş etdirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə bir qrup yeniyetmə arasında insidenti əks etdirən görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR