Məktəbdə 10 nəfəri öldürən yeniyetmənin VALİDEYNLƏRİNƏ HÖKM OXUNUB

Serbiyanın paytaxtı Belqraddakı “Vladislav Ribnikar” məktəbində 2023-cü ilin mayında qətliam törədən yeniyetmənin atası 14,5 il, anası isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Belqrad Ali Məhkəməsinin qərarına əsasən, hücumçunun təlim keçdiyi atıcılıq poliqonunun təlimatçısı da 15 ay həbs cəzası alıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Serbiyanın Radio və Televiziyası məlumat verib.
“Belqrad Ali Məhkəməsi 2023-cü il mayın 3-də Vladislav Ribnikar məktəbində doqquz şagirdi və bir mühafizəçini güllə ilə qətlə yetirən, həmçinin beş şagirdi və tarix müəllimini yaralayan oğlanın valideynləri Vladimir və Milyana Keçmanovicə birinci instansiya hökmü çıxardı. Vladimir Keçmanoviç ictimai təhlükəsizliyə qarşı ağır cinayətə görə 12 il, yetkinlik yaşına çatmayan şəxsə qarşı amansızlıq göstərdiyinə görə isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun ümumi həbs cəzası 14,5 ildir”, - televiziya məhkəmə qərarına istinadən bildirib.
"Hakim qeyd edib ki, sübutlar Keçmanoviçin övladına lazımi psixoloji dəstəyi verməyərək, valideynlik öhdəliklərinə laqeyd şəkildə yanaşdığını göstərir", - məlumatda deyilir.
Vəsiqəsiz sürücü sərnişinlə yerini dəyişdi, amma drondan qaça bilmədi - VİDEO
Qarabağda bədbəxt hadisə: İki nəfər həyatını itirdi - FOTO
Metronun yaxınlığında əlbəyaxa dava: Qadın kişini döydü - VİDEO
Xankəndidə “Niva” hərəkətdə olarkən yandı - FOTO - VİDEO
Bakıda dəhşət: 20 gün sonra toyu olacaq 17 yaşlı qız sığınacağa QAÇDI
Şəkidə itlər Niderland vətəndaşına hücum etdi: XƏSARƏTLƏRİ AĞIRDIR - VİDEO
Bakıda sürücü avtobusu qapısı açıq sürdü? - VİDEO
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ÖLDÜ
"Əhmədli" stansiyasında sərnişin QATAR YOLUNA DÜŞÜB
Təmizlik işçisi motosikletin altında qalmaqdan son anda qurtuldu - VİDEO
Azərbaycanlıların müntəzəm istifadə etdiyi aeroportda malyariya – Bir əməkdaş öldü










