Məktəbdə müəllim xəsarət aldı - Direktor cəzalandırıldı

Beyləqan şəhər, N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru 1000 manat cərimə edilib.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, buna səbəb dərs zamanı müəllimin məktəbdə yıxılaraq qolunun qırılması barədə müvafiq qurumlara məlumat verməməsi olub.
Belə ki, məktəbin tarix müəllimi A.İmanova dərs vaxtı ayağı döşəməyə ilişərək yıxılıb. Bu zaman onun qolu qırılıb. Müəllimin yıxılmasına səbəb döşəmənin yararsız vəziyyətdə olması olub.
Məktəbin direktoru Gülbəniz Cəfərova İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 manat məbləğində inzibati qaydada cərimə edilib. Buna səbəb də müəllimin xəsarət alması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməməsidir.
Direktor bu cərimədən narazı qalaraq məhkəməyə müraciət edib.
G.Cəfərovanın şikayəti rədd edilib və cərimə cəzası qüvvədə saxlanılıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












