Məktəbdə şagirdə naməlum kağız və nömrə verilib - DİN araşdırır - FOTO

Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdə üzərində bir oyunun loqosu əks olunan və mobil nömrə yazılan kağızlar verilib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu iddia ilə Nurlan Mirəli adlı vətəndaş feysbuk hesabında paylaşım edib.
“Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca “mənə yaz” sözləri yazılıb. Bu oyunu quql üzərində araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, məktəbliyə verilən naməlum qrafalı vərəqəni polis araşdırır:
“Sosial şəbəkələrdə yayılan naməlum qrafalı kağızlardan məlumatlıyıq. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmalarla vərəqdə əks olunan ifadələrin mahiyyəti aydın olacaq”.


Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO










