Məktəbə getmək adı ilə evdən çıxan QIZ KÜRDƏ BOĞULDU – TƏFƏRRÜAT – FOTO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində 1 nəfər batıb.
Avtosfer.az “Bizim.Media”ya istinadən xəbər verir ki, həmin şəxs 13 yaşlı yeniyetmə Saray Kərimlidir.
Belə ki, 8-ci sinif şagirdi olan Saray Kərimli səhər məktəbə getmək adı ilə evdən çıxıb.
Sonradan isə onun Kür çayında batdığı bildirilib.
Hadisə yerinə FHN-nin Aran Regional dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub və hazırda yeniyetmənin tapılması istiqamətində zəruri işləri həyata keçirirlər.
Uşağın atası Sarvan Kərimov Bizim.Media-nın Aran bürosuna açıqlamasında Bakıda işlədiyini bildirib:
“Mənə səhər məktəbdən zəng edib dedilər ki, uşaq məktəbə gəlməyib. Sonradan müəllimləri axtarıblar, gəlib Kürün kənarında onun çantasını tapıblar. Saray sakit uşaq idi, nadinc deyildi. Axşam danışmışdım, hər şey qaydasında idi. Səhər nənəsinə deyib ki, üşüyürəm məktəbə getmək istəmirəm. Qardaşı deyir ki, ayaqqabımı bağlayırdım, gördüm bacım yoxdu gedib. Elə bildim məktəbə gedib, amma məktəbə çatanda gördüm ki, məktəbdə deyil”.
Qeyd edək ki, Sarayın anası atasından ayrılıb və o atası ilə birlikdə yaşayırdı. Onlar ailədə bir bacı və bir qardaş olublar. Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.
Hazırda faktla bağlı Zərdab rayon prokurorluğunda araşdırmalara başlanılıb.




Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












