Məktəbli anasının gözü qarşısında “KamAZ”ın altında qaldı - VİDEO
Hadisə 27 Noyabr 2021 15:31 Oxunub 536
Məktəbli anasının gözü qarşısında “KamAZ”ın altında qaldı - VİDEO

Tatarıstanda 7 yaşlı məktəblinin vurulması ilə nəticələnən faciəli yol qəzası baş verib.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt Kazanda qeydə alınıb.

Ana işıqforun yaşıl işığında oğlunu piyada keçidindən məktəb istiqamətinə yola salıb. Bu zaman hərəkətdə olan “KamAZ” markalı yük maşını qırmızı işıqda keçərək məktəblini vurub. Sürücü əyləci bassa da, artıq gec olub, azyaşlı yük maşınının təkərləri altında qalıb.

Ana oğlunun sümüklərinin necə qırlıdığının səsini belə eşitdiyini deyib. Görüntülər müşahidə kameralarına düşüb. 

Valideyn və ətrafdakı şahidlər yük avtomobilinin sürücüsünə hücum edib. Hadisə yerinə gələn yol polisi sürücünü xidməti avtomobildə gizlətməyə məcbur olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh