Məktəbli bıçaqlanaraq öldürüldü - Sinif yoldaşı saxlanıldı - YENİLƏNİB

Cəlilabad rayonunun Xəlilabad kəndində 11-ci sinif şagirdinin bıçaqlanaraq qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Xəlilabad kənd orta məktəbinin sinif otağında baş verib. 11-ci sinif şagirdi K.İ və onun sinif yoldaşı S.Ə Cəlilabad rayonunun Güneyli kənd sakinləridir. Kənddə orta məktəb olmadığından onlar 9-cu sinifdən Xəlilabad kənd orta məktəbində oxuyurlarmış. Hadisə isə söyüş üstə olub. Bir gün əvvəl S.Ə və K.İ mübahisə edib və bir-birilərinə söyüş söyüblər. Sinif yoldaşlarının köməyi ilə onların mübahisəsinin davaya çevrilməsinin qarşısı alınıb.
Bu gün S.Ə. səhər tezdən dərsə gələrkən yaşadığı evdən mətbəx bıçağı götürüb və onu paltarında gizlədib. Birinci dərsdən sonra S.Ə sinif yoldaşı K.İ-ni məktəbin digər sinfinə çağırıb və mübahisə davam edib. Mübahisə nəticəsində S.Ə həmyaşıdı K.İ-ni qarın boşluğu və döş qəfəsindən bıçaqlayıb.
K.İ. yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
***15:11
Cəlilabad rayonunun Xəlilabad kəndində sinif yoldaşı tərəfindən bıçaqlandığı deyilən 11-ci sinif şagirdi K.İ. xəstəxanada dünyasını dəyişib.
Avtosfer.az xəbər verir ki, bıçaqlanan gənc Cəlilabad Rayon Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
17 yaşlı oğlan həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
***
Sentyabrın 16-da Cəlilabad rayonunun Xəlilabad kəndində yuxarı sinif şagirdləri arasında münaqişə baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 17 yaşlı S.Ə. sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirib.
K.İ. xəstəxanaya çatdırılıb.
S.Ə. polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR








