Məktəbli qızları təqib etdi, həbs olundu - Özünü belə müdafiə etdi

Bakıda məktəbli qızları avtomobili ilə təqib edən şəxs saxlanılıb və məhkəmə qərarı ilə 15 gün inzibati qaydada həbs olunub.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, hadisə Bakıxanov qəsəbəsi istiqamətində baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü V.B. idarə etdiyi avtomobillə hazırlıq kursundan qayıdan 15 yaşlı G.H. və K.L.-ni təqib edib. Qızlar qorxaraq bir neçə dəfə gizlənsələr də, V.B. onlara yaxınlaşaraq "Qorxmayın, mənə sosial şəbəkə hesablarınızı verin" deyə bildirib. Qızlar isə onun təkidinə cavab olaraq 15 yaşlarında olduqlarını və sosial şəbəkələrdən istifadə etmədiklərini söyləyiblər. Buna baxmayaraq, V.B. "Nə olsun, mənim də 22 yaşım var" deyə cavab verib.
Hadisədən dərhal sonra azyaşlıların valideynlərinin polisə müraciəti əsasında V.B. saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmə zamanı V.B. bildirib ki, həmin gün Babək prospektindən avtomobil üçün ehtiyat hissəsi almağa gedirmiş. Onun sözlərinə görə, Neftçilər dairəsindən Bakıxanov istiqamətinə tez-tez getdiyi üçün həmin ərazidə bir nəfərin psixi problemlərinin olduğunu bilirmiş. Hadisə günü də həmin şəxsi görüb və o, qışqırmağa başlayanda iki məktəbli qız qaçmağa başlayıb. V.B. isə guya onlara kömək etmək məqsədilə avtomobilini onların qaçdığı istiqamətə sürdüyünü və izləmə məqsədi güdmədiyini deyib. Uşaqlar onu görəndə də qaçıblar. Bu zaman qızlar ondan onları niyə izlədiyini soruşub. V.B. isə onları izləmədiyini, sadəcə qışqırıb qaçdıqlarına görə kömək etmək istədiyini bildirib.
Lakin məhkəmə onun izahatlarını əsaslı saymayaraq V.B.-yə 15 sutka inzibati həbs cəzası verib.
Paytaxtda maşından meyit tapılıb
Bakıda avtobus sürücüsünün ani diqqətsizliyi faciəyə səbəb olacaqdı - ANBAAN VİDEO
İşıqlandırılmayan yolda dayanan sərxoş piyada təhlükə yaratdı - VİDEO
Zuğulbada hərəkətdə olan “Mercedes Vito” yanaraq kül oldu - VİDEO
Piyadaları vurmamaq üçün manevr edən motosiklet aşdı; sürücü yaralandı - VİDEO
Samuxda 3 tondan artıq çətənə kolu məhv edildi - FOTO
Aşan avtobusun sürücüsü danışdı: “Gözümə gün düşdü” - VİDEO
Lizinqlə avtomobil aldı, pulundan və avtomobilindən oldu - VİDEO
Narkotik çəkib maşın sürən şəxs saxlanıldı - İş məhkəməyə göndərildi - FOTO
Avtomobillə su hovuzuna düşdü; boğulub öldü
Məsciddə namaz qılan şəxsin avtomobili qarət olundu - "iPhone" və pulları oğurlandı










