Məktəblilər arasında insident: 3 nəfər xəsarət aldı - YENİLƏNİB

Gəncədə məktəblilər arasında baş verən dava nəticəsində bir nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Martın 22-də saat 14:10-da 2008-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Sol gözünün hematoması və dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir", - məlumatda qeyd olunub.(oxu.az)
***16:18
Gəncədə məktəblilər arasında dava olub.
Avtosfer.az xəbər verir ki, Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri - 2009-cu il təvəllüdlü Fərid Quliyev, 2010-cu il təvəllüdlü Amin Hümbətov və Raul Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.
Hazırda faktla bağlı araşdırma aparılır.(qafqazinfo)
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO










