"Məni öldürəcək, xahiş edirəm, kömək edin" - VİDEO

Bursada Meltem Eken (55), boşanma ərəfəsində olduğu həyat yoldaşı Kadri Ekenin hücumundan qaçaraq taksiyə minib kömək istəyib. "Məni öldürəcək, xahiş edirəm, yardım edin" deyə çığıran qadın və taksi sürücüsü Kadri Ekenin açdığı atəş nəticəsində yaralanıb.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, Meltem Eken sağ biləyindən, sürücü isə dirsəyindən yaralanıb.
Kadri Eken saxlanılıb və barəsində "qəsdən həyat yoldaşını öldürməyə cəhd", "adam öldürməyə cəhd" və "qanunsuz silah saxlamaq" ittihamları ilə 20 ilə qədər həbs tələbi ilə cinayət işi açılıb. O, silahın təsadüfən atəş aldığını desə də, Meltem Eken bunun planlı cinayət olduğunu bildirib.
Meltem Eken hadisədən sonra psixoloji yardım alır, dərman qəbul edir və əlindən ciddi xəsarət alması səbəbindən gündəlik işlərini yerinə yetirə bilmir. Hadisə ilə bağlı istintaq davam edir.(son.xeber)
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu










