Banner

"Mənim əl-qolumu bağlamışdı” - Döyülən uşaqların anası - VİDEO

Hadisə 30 Avqust 2025 13:06 Oxunub 314
"Mənim əl-qolumu bağlamışdı” - Döyülən uşaqların anası - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağdamda işgəncələrə məruz qalan azyaşlıların anası sosial şəbəkə hesabında paylaşım edib. 

Avtosfer.az xəbər verir ki, üçüncü uşağına hamilə olan Sevinc Rəhimova etdiyi paylaşımda övladlarının ona qaytarılmasını istəyib.

Qadın uşaqların ataları tərəfindən döyüldüyünü bildirib: “Uşaqları o hala salan Sadiq Rəhimovdur. Mənim əlimi-qolumu bağlamışdı. Mən balamın geri qaytarılmasını istəyirəm”.

Xatırladaq ki, 2 yaşlı azyaşlı avqustun 27-si komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib. Süni tənəffüs dəstəyi alan uşağın vəziyyəti ağırdır. Bir yaşlı digər uşaq isə aidiyyəti üzrə təhvil verilib. 

İki azyaşlı övladını döyməkdə təqsirləndirilən Sadiq Rəhimov saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh