Mənimsədiyi pullarla sevgilisinə 1000 qızılgül almışdı - 8 illik HƏBS

Bakıdakı “Badamdar Hotel & Residences” hotelinin baş xəzinadarı vəzifəsində çalışmış Dünyamalı Qarayev barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 30 yaşlı D.Qarayev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.
Ona qarşı irəli sürülən 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddə üzrə ittiham isə hökmdən xaric edilib.
Bildirilib ki, “PMD Hospitality” şirkətlər qrupuna məxsus “Badamdar Estates” MMC-nin tabeliyində fəaliyyət göstərən, Səbail rayonu Mikayıl Müşfiq küçəsində yerləşən “Badamdar Hotel & Residences”də baş xəzinədar olan Dünyamalı iş yerinə məxsus ümumilikdə 163.259,46 manat pulu mənimsəyib.
Belə ki, o, kassaya daxil olan sənədləri rəsmi qeydiyyata aldıqdan sonra məbləğlərə vergül əlavə etməklə sənədləri dəyişib və daha az məbləğ göstərib. Məsələn, 4000 manat məbləğli mədaxil qəbzinə vergül əlavə edərək məbləği 400,0 manat kimi göstərib, qalan 3600 manatı mənimsəyib. Bu üsulla külli miqdarda pulu mənimsəyərək özünə götürüb.
D.Qarayev ifadəsində mənimsədiyi pulun bir hissəsini sevgilisinə xərclədiyini bildirib. Aylıq maaşı 750 manat olan Qarayev sevgilisinə gül mağazalarından birindən 1000 manata 1000 ədəd qızılgül də alıb hədiyyə etdiyini və digər əyləncələrə xeyli pul xərclədiyini bildirib.
Məhkəmənin hökmü ilə D.Qarayevə 8 il həbs cəzası verilib.
Həmçinin hotelin mülki iddiası təmin edilib və 163.259,46 manat pulun təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş MMC-nə ödənilməsinə qərar verilib.(qafqazinfo)
Bakıda baş vermiş kütləvi dava ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Musiqi sifarişi üstündə dava düşdü – Müştəri xəstəxanalıq oldu - VİDEO
Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO - VİDEO
Masazırda kanalizasiya problemi: Çirkab su küçəyə axdı - VİDEO
Borca görə avtomobilin nömrəsini oğurlayan şəxs HƏBS EDİLDİ
Yüzlərlə kartdan pul oğurlayan iki gənc həbs olundu - ŞOK ƏMƏLİYYAT - VİDEO
Prospektdə təhlükəli anlar: Piyadalar yolu “öz bildikləri kimi” keçdi - VİDEO
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - FOTO - YENİLƏNİB
Tuneldə ağır qəza; maşın 17 qoyunu tələf etdi - VİDEO
Biləcəridə illərdir dəyişməyən mənzərə: Yol problemi həllini tapmır - VİDEO
İşıqforu saymayan piyada sürücüləri çətin vəziyyətə qoydu - VİDEO










