Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü

Siyəzən rayon sakini Zeynalov Mabəddin Qabil oğlu atasının Mərkəzi Klinikada icra edilən əməliyyatdan bir neçə gün sonra vəfat etdiyini bildirib. Avtosfer.az-ın "Unikal"a istinadən verdiyi məlumata görə, M.Zeynalov qeyd edib ki, atası Zeynalov Qabil Mabəddin oğlu ürəyin işemik xəstəliyindən əziyyət çəkib:
"18 aprel 2025‐ci il tarixdə atamın səhhətinin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyuldu. Təcili yardımın köməyi ilə atam Bakı şəhərində yerləşən Mərkəzi Klinikaya təxliyə edildi. Mərkəzi Klinikanın həkim‐kardioloqu Firdovsi İbrahimov atamı müayinə etdikdən sonra, onda ürək damarının tutulmasını aşkar edib. Ürəyinin damarına angioplastika üsulu ilə stent yerləşdirib. Firdovsi İbrahimov bildirdi ki, əməliyyatdan 1 həftə sonra, yəni 26 aprel 2025‐ci il tarixdə təkrar tibbi müayinədən keçməlidir. Həmin tarixdə atamı Mərkəzi Klinikaya Firdovsi həkimin baxışından keçməsi və növbəti müayinə üçün apardıq. Lakin, Firdovsi İbrahimov öz xəstəsinə yardım göstərməkdən imtina etdi. Ertəsi gün isə atam dünyasını dəyişdi", - deyə şikayətçi qeyd edib.
Süni intellekt dövlət qurumunun saytını sındırdı, 3 ay sonra xəbər tutdular
Ərəb şeyxi lüks otelin pulunu ödəməyib qaçdı – 1 MİLYONLUQ İDDİA - FOTO
Deputat qarpız satıcısı ilə insidenti danışdı: “Bıçağı çənəmin altında saxladı”
Laçında traktor minaya düşüb
Yardımlıda polisdən ƏMƏLİYYAT - VİDEO
Metroda kişi qatar yoluna düşdü, hərəkət dayandı
Sumqayıtda sürücüləri silkələyən yol: Maşınlar hoppana-hoppana keçir - VİDEO
Abşeronda avtomobil su kanalına düşdü - VİDEO - YENİLƏNİB
Maşınları görə-görə yolayrıcına girən skuter sürücüsü təhlükə saçdı - VİDEO
Mərkəzi Klinik Xəstəxanada xəstə yaxınından rüşvət tələb edilib - ŞİKAYƏT
Onlayn mağazadan kosmetik məhsul sifariş etdi; saxta çıxdı – ŞİKAYƏT - FOTO












