Məsciddə namaz qılan şəxsin avtomobili qarət olundu - "iPhone" və pulları oğurlandı

Abşeron rayonunda məscidin yaxınlığında park edilmiş avtomobildən mobil telefon və pul oğurlayan şəxs məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.
Avtosfer.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, cinayət işi üzrə materiallara əsasən, hadisə Mehdiabad qəsəbəsində baş verib. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, məscidin yaxınlığında olarkən qara rəngli avtomobilin şüşəsinin açıq, sahibinin isə avtomobildə olmadığını görüb. Bir neçə dəqiqə ətrafı müşahidə etdikdən sonra heç kimin onu izləmədiyinə əmin olaraq avtomobilə yaxınlaşıb.
Onun sözlərinə görə, sürücü tərəfdən qapını açaraq avtomobildən bir ədəd "iPhone 16 Pro” mobil telefonu, 200 ABŞ dolları və 500 manat nağd pul götürüb. Daha sonra ərazidən uzaqlaşaraq avtobusla "Şamaxinka” istiqamətinə gedib.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, oğurladığı mobil telefonu açmağa çalışsa da, cihaz parolla qorunduğu üçün bundan imtina edib. Telefonu üzərində saxlamağı riskli hesab etdiyindən onu "Şamaxinka” ərazisindəki məhəllələrin birində yerləşən zibil qutusuna atıb. Nağd pulu isə şəxsi ehtiyacları üçün xərclədiyini etiraf edib.
Məhkəmədə dindirilən zərərçəkmiş şəxs bildirib ki, həmin gün namaz qılmaq üçün avtomobilini Mehdiabad qəsəbəsində məscidin yaxınlığında saxlayıb. Təxminən 30 dəqiqə sonra geri qayıtdıqda avtomobilinin qapısının kilidlənmədiyini görüb və salonu yoxlayarkən 3 000 manat dəyərində "iPhone 16 Pro” mobil telefonunun, 200 ABŞ dollarının və 500 manatının oğurlandığını aşkar edib.
Zərərçəkmişin hesablamasına görə, oğurluq nəticəsində ona ümumilikdə 3 840 manat məbləğində ziyan dəyib. Hadisədən dərhal sonra o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə müraciət edib.
Məhkəmədə təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirib. O, vurulmuş zərəri ödəmək istədiyini, lakin həbsdə olduğu üçün hazırda bunu edə bilmədiyini deyərək barəsində yüngül cəza təyin olunmasını xahiş edib.
Məhkəmə onun əməlini Cinayət Məcəlləsinin 177.1-ci maddəsi (oğurluq) ilə tövsif edərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Məhkəməyədək icraat zamanı saxlanıldığı 2 gün cəzadan çıxıldığından, onun üzərində qəti olaraq 9 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Bakıda yaşayış binasında yanğın olub - VİDEO
Boşanmaq üzrə olduğu arvadına silahla atəş açdı - VİDEO
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO










