Meşə yanğınları hava limanının bağlanmasına səbəb olub

Fransanın cənubunda saatda 70 kilometrədək sürətlə əsən küləyin təsiri ilə sürətlə yayılan meşə yanğınları Marsel-Provans hava limanının bağlanmasına səbəb olub və Fransanın ikinci ən böyük şəhərinə yaxınlaşır.
Avtosfer.az xəbər verir ki, yerli yanğınsöndürmə xidməti X sosial şəbəkəsində məlumat yayaraq, Marselin şimalında yerləşən Le-Pen-Mirabo şəhəri yaxınlığında təxminən 30 hektar ərazini əhatə edən yanğının söndürülməsi üçün 168 yanğınsöndürənin cəlb olunduğunu bildirib. Əraziyə, həmçinin xüsusi yanğınsöndürən texnika və helikopterlər cəlb olunub.
Yerli sakinlərin sözlərinə görə, yanğının tüstüsü və qoxusu Marselin mərkəzində də hiss olunub.
“Yanğın yayılmaqda davam edir”, – deyə Marsel meri X hesabında bəyan edib. O bildirib: “Açıq havada istənilən fəaliyyətdən çəkinin və fövqəladə hallarda istifadə olunan yolları bağlamayın. Təlimatlara və xəbərdarlıq mesajlarına əməl edin”.
Fransada yüklənmə baxımından dördüncü ən iri Marsel hava limanının nümayəndəsi bildirib ki, günorta saatlarından etibarən təyyarələr nə enmə, nə də qalxma edə bilib. Bəzi reyslər Nitsa, Nim və digər regional hava limanlarına yönləndirilib. Hava limanının nə vaxt fəaliyyətini bərpa edəcəyi hələlik məlum deyil.
Eyni zamanda, Fransanın cənub-qərbində, Narbon yaxınlığında bazar ertəsi başlayan digər bir meşə yanğını küləyin (sürəti saatda 60 kilometr) təsiri ilə hələ davam edir. Yerli prefekturanın məlumatına görə, təxminən 2 min hektar sahə yanıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












