Meşədə itkin düşən şəhid atası tapıldı - FOTO - YENİLƏNİB

Daşkəsəndə meşədə itkin düşən şəhid atası tapılıb.
Avtosfer.az-a bu bardə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Onun sözlərinə meşədə itkin düşən Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü Kamil Abdullayev polis əməkdaşları tərəfindın tapılaraq ailəsinə təhvil verilib.
Onun həyatı üçün təhlükə yoxdur.
***14:23
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Daşkəsən rayonunun Bayan kəndində bir nəfərin meşəlik ərazidə itkin düşməsi barədə ilkin məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Hazırda vətəndaş - 1952-ci il təvəllüdlü Kamil Mahmud oğlu Abdullayevin itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
***10:11
Daşkəsəndə Kəlbəcər rayon sakini meşədə itkin düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Bayan kəndinin yaxınlığında yerləşən meşəlik ərazidə baş verib. Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü K.Abdullayev ötən gün axşam saatlarında meşəlik ərazidə bitki toplamağa gedən zaman itkin düşüb. Yaxınlarının verdiyi məlumata görə, K.Abdullayev sonuncu dəfə qızı ilə əlaqə saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsin yerinin müəyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir.
Axtarış tədbirlərinin nəticəsi barəsinə əlavə məlumat veriləcək.
Qeyd edək ki, itkin düşən Kəlbəcər rayon sakini Kamil Abdullayev Şəhid Şəhriyar Abdullayevin atasıdır.
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO










