Məşhur klinikada HƏYƏCANLI ANLAR: Pasiyentlər təxliyə ediliblər - YENİLƏNİB

“Baku Medical Plaza” klinikalar şəbəkəsinin Babək filialında yanğın hadisəsi baş verməsi barədə iddialar yayılıb.
Yayılan iddialarla bağlı sözügedən klinikalar şəbəkəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 13:50 radələrində filialda qısaqapanma nəticəsində tüstülənmə hadisəsi qeydə alınıb.
“Tüstülənmə klinikanın birinci mərtəbəsində yerləşən boş həkim otaqlarından birində baş verib. Hadisə baş verdiyi andan etibarən klinikanın daxili təhlükəsizlik və fövqəladə vəziyyət protokollarına uyğun olaraq operativ tədbirlər görülüb, tüstülənmə mənbəyi tam nəzarət altına alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda klinika fəaliyyətini adi rejimdə davam etdirir və tibbi xidmətlərin göstərilməsində hər hansı fasilə yaranmayıb”, - məlumatda vurğulanıb.
***15:18
Bakı şəhəri, Babək prospektində yerləşən "Baku Medical Plaza"da yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, yanğın qısaqapanmadan baş verib.
Bildirilib ki, hadisə anında pasiyentlər klinika binasından çıxarılıblar, artıq hər şey yenidən öz qaydasındadır. Klinikaya ciddi ziyan dəyməyib.
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi
Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB
Azərbaycanda tanınmış cərrah əməliyyatı qüsurlu icra etdi: 32 min ödəyəcək
Xətaidə gecə ilə peyda olan DAHA BİR OBYEKT - FOTO
Bakı metrosunda HƏYƏCANLI ANLAR - YENİLƏNİB
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO










