Məşhur kollecin direktorunun ailəsində ALİMENT QALMAQALI - Milyonluq mülklər, çarəsiz buraxılan azyaşlılar

Hadisə 18 Fevral 2026 16:23
Məşhur kollecin direktorunun ailəsində ALİMENT QALMAQALI - Milyonluq mülklər, çarəsiz buraxılan azyaşlılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımovun oğlu övladlarına aliment verməkdən yayınır".

Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a N.Kazımovun keçmiş gəlini, üç uşaq anası Jalə Süleymanlı deyib. Şikayətçi iddia edir ki, həyat yoldaşından 2020-ci ildə ayrılsa da, alimentlə bağlı məhkəmələrdə süründürülür. Buna səbəb isə onun keçmiş qayınatasının tanınmış şəxs olmasıdır:

Fotoda Nazim Kazımov

Məşhur kollecin direktorunun ailəsində ALİMENT QALMAQALI - Milyonluq mülklər, çarəsiz buraxılan azyaşlılar

"2014-cü ildə Nazim Kazımovun oğlu Niyazi Kazımovla ailə həyatı qurmuşam. Birgə nikahdan üç qız övladımız dünyaya gəldi. 2020-ci ildə ailədaxili mübahisələrimiz başladı və nəticədə ayrıldıq. Məhkəmənin qərarına əsasən uşaqlar mənim himayəmdə qaldı, onların bütün maddi və mənəvi qayğısı tamamilə mənim üzərimə düşdü. Məhkəmə uşaqlara 18 yaşına qədər aliment tələbimi qismən təmin etdi və minimum aliment 170 manat olduğu halda, hər uşağa 120 manat təyin edildi. 2022-ci ildə alimentin artırılması tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. Müraciətdə cavabdeh şəxsin gəlirlərinin 50 faizi qədər alimentin tutulmasını istədim. Bunun üçün Nəsimi Rayon Məhkəməsinə Niyazi Kazımovun, yəni uşaqların atasının milyonluq obyektlərini və onlardan əldə etdiyi qazanc məbləğini sənədlərlə göstərdim. Lakin aliment tələbim yenə qismən təmin olundu. Niyazi Kazımovun formal əmək haqqını əsas gətirərək, hər uşağa 193 manat aliment təyin etdi".

Fotoda Niyazi Kazımov

Məşhur kollecin direktorunun ailəsində ALİMENT QALMAQALI - Milyonluq mülklər, çarəsiz buraxılan azyaşlılar

Jalə Süleymanlı 2026-cı ildə yenidən məhkəməyə müraciət edərək, alimentin indeksləşdirilməsini istəyib. Amma bu dəfə də keçmiş qayınatasının təzyiqi ilə üzləşib:

"Yanvarın 4-də Sabunçu Rayon Məhkəməsinə müraciət etdim. Hakim Müseyib Bayramov iddiamı tam təmin etdi. Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2026-cı il tarixli qərarı ilə hər uşağa ölkə üzrə minimal əmək haqqının 0.74 faizi məbləğində - hər uşağa 296 manat aliment təyin olundu. Amma bu sevincim çox çəkmədi. Cəmi iki gün sonra məhkəmə mənə xəbərdarlıq etdi ki, qərar dəyişdirilməlidir. Qərardan könüllü imtinamı istəsələr də bunu etmədim. Nəticədə məhkəmə qərarı ləğv edərək, alimentin məbləğini minimum əmək haqqının 0.68 faizinə endirdi. Bununla da hər uşağa düşən alimentin məbləği 272 manat müəyyənləşdi".

Jalə Süleymanlı bildirir ki, qərardan apellyasiya şikayəti verib:

"Hazırda qərardadın ləğv edilməsini gözləyirik. Amma əminəm ki, bu dəfə də keçmiş qayınatam öz statusundan istifadə edərək, şikayətimin təmin olunmamasına çalışacaq".

Şikayətçi qadın iddia edir ki, keçmiş həyat yoldaşının bahalı bağ evləri, mənzilləri, obyekt və müxtəlif markalı avtomobilləri olsa da, boşanma vaxtı onu və övladlarını məskunlaşmaq üçün mənzillə təmin etməyib:

"Niyazi Kazımov artıq 8 ilə yaxındır ki, atasının tanışlarının tapşırığı ilə "ASAN Kommunal" mərkəzində "Azərişıq" ASC-nin əməkdaşı kimi işləyir. O, dövlət işində işləməsinə baxmayaraq, mütəmadi olaraq bahalı kurortlara gedir, xarici ölkələrə səfərlər edir, lüks istirahət məkanlarında dincəlir. Hətta bu yaxınlarda Türkiyədə 20 min manata saç transplantasiyası prosedurunu həyata keçirib.

Onun atası Nazim Kazımov respublikada tanınmış şəxsdir. Ailənin yüksək sosial statusu və geniş maddi imkanları olmasına baxmayaraq, üç azyaşlı uşağın təminatına heç bir dəstək göstərilmir, əksinə aliment məsələsində hər qəpik uğrunda uzunmüddətli məhkəmə çəkişmələri aparılır".

 

Oxunub 274
ŞƏRH YAZ
Ad

E-mail

Şərh