Məşhur Luvr muzeyi qarət olundu - FOTO - YENİLƏNİB

Oktyabrın 19-da səhər saatlarında Luvrdan oğurlanmış doqquz zinət əşyasından bəziləri artıq tapılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
Tapılan əşyalar arasında imperator III Napoleonun həyat yoldaşı Yevgeniyanın tacı da var.
Qəzet, həmçinin quldurluqda dörd cinayətkarın da iştirak etdiyini yazıb. Onlardan ikisi fəhlə kimi sarı jilet geyinib, digər ikisi isə muzeyin pəncərəsi altında skuterlərdə gözləyiblər.
Fransanın mədəniyyət naziri Raşida Dati bildirib ki, oğruluq dörd dəqiqə çəkib. Cinayətkarlar tikinti işlərinin aparıldığı Sena sahilindən binaya daxil olublar. Onlar muzeyə daxil olmaq üçün kran maşınından istifadə ediblər. İki oğru pəncərələri sındıraraq, Apollon qalereyasına daxil olub və oradan qiymətli əşyaları oğurlayıblar.
***16:00
Oktyabrın 19-da səhər saatlarında Luvr muzeyində qarət hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Fransanın mədəniyyət naziri Raşida Dati məlumat verib. “Oğurluq bu gün səhər saatlarında Luvrda baş verib. Mən muzey işçiləri və polislə birlikdə hadisə yerindəyəm. Hazırda araşdırma aparılır”, – nazir bildirib. “Le Parisien” qəzetinin məlumatına görə, bir neçə oğru muzeyin pəncərələrini sındırıb və zinət əşyalarını oğurlayaraq qaça biliblər. Hadisəni törədənlərin silahlı olduğu bildirilir. Luvr rəhbərliyi muzeyi ictimaiyyət üçün bağlayıb.
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO











