Məşhur restoranın hasarı bu görüntüyə görə söküldü - VİDEO
Hadisə 20 İyun 2022 19:36 Oxunub 906
Məşhur restoranın hasarı bu görüntüyə görə söküldü  - VİDEO

Sosial şəbəkələrdə Bakının Nizami rayonunda yerləşən “Madonna” şadlıq sarayının bilavasitə ərazisində yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin hasara alınmasının görüntüləri yayılıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qurumun Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı həqiqətən də göstərilən ünvanda yerləşən yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin “Madonna” şadlıq sarayı tərəfindən hasarlanaraq sarayın həyətinə daxil edilməsi, bununla da yanğın təhlükəsizliyi sahəsində ciddi qayda pozuntusunun mövcudluğu öz təsdiqini tapıb. Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən dərhal aidyyəti üzrə məsələ qaldırılaraq hasarın sökülüb təhlükənin aradan qaldırılması təmin olunub.(Report)

 






ŞƏRH YAZ
Ad

E-mail

Şərh