Messinin hava limanında yoxlanışı komanda yoldaşlarını güldürdü - VİDEO

Dünya Çempionatının 1/16 final mərhələsinə yollanan Argentina milli komandası və komandanın kapitanı Lionel Messi hava limanında təyyarəyə minməzdən əvvəl gücləndirilmiş təhlükəsizlik yoxlanışı ilə üzləşib.
Avtosfer.az xəbər verir ki, bu barədə jurnalist Coş Çavis özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Uzadılmış yoxlanış proseduru argentinalıların əhvali-ruhiyyəsinə heç bir təsir göstərməyib - futbolçular radar-detektorla yoxlanış zamanı zarafatlaşaraq gülüblər.
Qeyd edək ki, 1/16 final mərhələsi çərçivəsində Argentina millisi iyulun 4-də Bakı vaxtı ilə saat 02:00-da Mayamidə Kabo-Verde komandasına qarşı mübarizə aparacaq.
Xatırladaq ki, dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. Tarixdə ilk dəfə olaraq 48 komandanın iştirak etdiyi bu turnirə iyulun 19-da yekun vurulacaq. Argentina yığması hazırkı dünya çempionu titulunu daşıyır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












