Metallurgiya zavodunda qəza - Ölən və yaralananlar var

Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, sexdə təmir işləri aparılan zaman borunun hermetikliyinin pozulması nəticəsində yüksək təzyiqli buxar tullantısı yaranıb.
İnsident nəticəsində 1 fəhlə yerindəcə keçinib, daha 4 nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. İstintaq Komitəsinin məlumatına görə, zərərçəkmişlərdən ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə orta ağırdır.
İstintaq orqanları artıq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci bəndi (ehtiyatsızlıqdan şəxsin ölümü ilə nəticələnən əməyin mühafizəsi tələblərinin pozulması) ilə cinayət işi açıb.
Hadisə yerində regional İstintaq Komitəsinin kriminal ekspertlərinin də daxil olduğu əməliyyat-istintaq qrupu işləyir. Müstəntiqlər qəzanın dəqiq səbəblərini və şəraitini müəyyən etmək üçün bir sıra tədbirlər həyata keçirirlər.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












