Metroda azyaşlıya qeyri-etik hərəkətlər etdi - Həbs olundu

Metronun “28 May” stansiyasında azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs həbs olunub.
Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl saat 18:48-də baş verib.
Belə ki, qatardan düşən azyaşlı metropoliten əməkdaşına yaxınlaşaraq tanımadığı şəxsin vaqonda ona qarşı əxlaqsız hərəkətlər etdiyini deyərək kömək istəyib. Azyaşlı həmin şəxsin qatardan düşərək gəldiyini və əməllərinə davam etdiyini deyib.
Dərhal metro əməkdaşı yaxınlıqdakı polisi çağırıb və həmin şəxs saxlanılıb. Bu zaman 30-35 yaşlı şəxs müqavimət göstərərək səs-küy salıb. Sərxoş halda olan həmin adam polis şöbəsinə aparılıb və onun Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Ş.İsmayılov (şərti) olduğu müəyyənləşib. Sərxoş halda olan vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib və Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Saxlanılan şəxs ifadəsində sərxoş olduğu üçün heç bir şey xatırlamadığını deyib və “bir səhvdir olub”, - deyərək üzr istəyib.
Məhkəmənin qərarı ilə 34 yaşlı kişi 30 sutkalıq həbs edilib və Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.(qafqazinfo)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












