Metroda faciə: 12 yaşlı azərbaycanlı tiktoker qatarın üstündə sörfinq edərkən həlak oldu - FOTO

ABŞ-də yaşayan 12 yaşlı azərbaycanlı tiktoker Zemfira Muxtarova Nyu-Yorkda metro qatarının üstündə sörfinq edərkən ölüb.
Avtosfer.az xəbər verir ki, bu barədə “The New-York Post” məlumat yayıb.
Faciəvi hadisə ötən şənbə günü gecə saatlarında “Marcy Avenue” stansiyasında baş verib.
Polisin açıqlamasına görə, Zemfira sosial şəbəkədə tanış olduğu başqa bir yeniyetmə - 13 yaşlı Ebba Morina ilə birgə adrenalin yaşamaq üçün evlərindən gizlincə çıxıblar.
Qatar stansiyaya çatarkən yeniyetmələr “Villiamsburg” yaxınlığında relslərin yanında huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili yardım əməkdaşları hər iki qızın öldüyünü təsdiqləyib.

Şahidlərin polisə verdiyi məlumata görə, Zemfira və Ebba həlak olmazdan əvvəl təxminən 15 yeniyetmə ilə birlikdə qatarın üzərində qaçıblar.
Yeniyetmənin anası Svetlana Rudenko övladının sosial şəbəkə hesabının olduğunu bilsə də, təhlükəli paylaşımlarından xəbərsiz olduğunu söyləyib
Muxtarovlar ailəsi onun ölüm xəbərini televiziya vasitəsilə öyrəniblər. Zemfiranın 11 yaşlı bacısı Məryəm xəbərlərdə həlak olan qızlardan birinin bacısı olduğunu onun “skeytbord”u və pul kisəsindən tanıyıb.
Zemfiranın atası, əslən azərbaycanlı olan Ruslan Muxtarov “gofound” saytında müraciət yaradıb və qızının dəfn xərclərini toplamaq məqsədilə insanlardan yardım istəyib.
Qeyd edək ki, qatarın üstündə sörfinq ABŞ-də viraldır. Təkcə ötən il bu trendə qoşulan 6 yeniyetmə həlak olub.




Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












