
Metroda oğurluq edənlər saxlanıldı - FOTO
Hadisə
14 Dekabr 2022 17:37
Oxunub 472

Bakı Metropolitenində oğurluq əməllərinə qarşı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon və pul oğurlamaqda şübhəli bilinən 1994-cü il təvəllüdlü Samil Kərimov, 1990-ci təvəllüdlü Adil Paşayev saxlanılıb.
Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət etmələri tövsiyə olunur.
Metropolitendə Polis Şöbəsində araşdırmalar davam etdirilir.
ŞƏRH YAZ